Dünya

ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanının səlahiyyət müddəti başa çatıb

ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı general-leytenant Ostin Skott Millerin vəzifə səlahiyyətlərinin icra müddəti iyulun 12-də başa çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Skott Miller 2018-ci ilin avqustundan ABŞ və NATO-nun Əfqanıstandakı qüvvələrinin başçısı olub. O, özündən əvvəlki komandanlardan bu vəzifədə daha artıq xidmət etmiş sayılır. Bundan sonra onun istefaya gedəcəyi gözlənilir.
Bir müddət əvvəl Pentaqonun mətbuat katibi Con Kibri demişdi ki, ölkəsinin Əfqanıstandakı ordusu general Kennet Makkezin başçılıq etdiyi Mərkəzi Komandanlığın nəzarətinə keçəcək. Səlahiyyətlərin təhvil-təslim prosesi bir ay davam edəcək.
Qeyd edək ki, ABŞ və NATO bu ilin may ayından qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bu proses 2021-ci il sentyabrın 11-də baş çatacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button