Dünya

ABŞ və Rusiya Sakit okeanda hərbi təlim keçirir

ABŞ, Cənubi Koreya və Yaponiya hərbi hava qüvvələri “Red Flag Alaska 21-2” adı altında Alyaska yarımadası ərazisində təlim keçirir.
“Report” RT-yə istinadən xəbər verir ki, təlimlər iyunun 25-dək davam edəcək.
Manevrdə 1 500-ə yaxın hərbçi, 100-dən artıq uçuş aparatı iştirak edir.
Qeyd edək ki, iyunun 10-da Rusiya Hərbi Dəniz Qüvvələri Sakit okeanda hərbi təlimə başlayıb.
Manevrdə 20-yə yaxın döyüş gəmisi, sualtı qayıqlar, “Varyaq” kreyseri və “Admiral Panteleyev” böyük sualtı qayıq, habelə 20-yə yaxın uçuş aparatı, o cümlədən “MiQ-31BM” qırıcısı iştirak edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button