Cəmiyyət

Abşeronda qadın yol qəzasında xəsarət aldı

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xırdalanda “Ekoloji nəzarət postu”nun yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1960-cı il təvəllüdlü Rəhimova Aliyə Şərbətəli qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button