İqtisadiyyat

AÇG-dən bu il 9,5 mln. ton neft hasil edilib

Operativ məlumatlara əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanda 14,3 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 918,7 min ton az olub.
Məlumata görə, respublika üzrə neft hasilatının 9,5 mln. tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun, 1,6 mln. tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.
“SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 mln. ton təşkil edib”, – məlumatda deyilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button