İdman

Açılış mərasimində məhdudiyyətin detalları bəlli olub

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində tətbiq olunacaq məhdudiyyətin detalları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, idmançıların paradında yığmalar tam heyətlə iştirak edə bilməyəcək.
Koronavirus pandemiyasını nəzərə alan Beynəlxalq Olimpiya Komitəsi məhdudiyyətlə bağlı qərar verməyə məcbur olub. Düzdür, ümumilikdə paradın ləğvi ilə bağlı ehtimallar özünü doğrultmayıb.
Əvəzində nümayəndə heyətləri burada məhdud sayda təmsil olunacaq. Bu, idmançılara aid deyil. Açılış zamanı stadionda olan hər bir atlet yığması ilə bağlı parada qatıla biləcək. Lakin məşqçi heyətinə məhdudiyyət tətbiq olunacaq. Hər millinin yalnız 6 məşqçisi paradda iştirak edə biləcək.
Qeyd edək ki, Olimpiya Oyunlarının tamaşaçısız keçiriləcək açılış mərasimi iyulun 23-də keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button