Gündəm

ADO teatrının rəhbəri Elmin Bədəlovun saxlandığı deyilir 

İyulun 15-də ADO teatrının rəhbəri Elmin Bədəlovu Bakının Qış parkında “Bunker” adlı küçə tamaşasını göstərəndən sonra polisin  saxladığı bildirilir. 

Küçə tamaşalarının incəsənətin inkişafı üçün çox vacib olduğunu deyən Bədəlov özü bildirib ki, artıq 3 ildir həmin tamaşaları nümayiş etdirmək üçün hüquqi prosedurlara başlayıb :

“Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. İcazə verilməyəndə isə məhkəməyə üz tutduq. Məhkəmənin birinci instansiyası xeyrimizə qərar versə də, Apellyasiya Məhkəməsi isə həmin qərarı ləğv etdi”. 

 

O qeyd edib ki ADO teatrının bu gün, iyulun 15-də  8 yaşı tamam olub :

“Mən istədim 9-cu sezonu küçə tamaşası ilə açım. Çünki teatrımız koronavirus pandemiyası və maliyyə çətinlikləri ucbatından məkanını itirib”.

Bu açıqlamanı verəndən və tamaşadan sonra əraziyə gələn polis əməkdaşlarının Bədəlovu və gənc fəal Kamran Məmmədovu saxladığı deyilir. 

Digər fəalların verdikləri məlumata görə, saxlananlar Yasamal rayonunun 27-ci Polis Bölməsinə aparılıb. 

Deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək hələlik mümkün olmayıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button