İdman

“Adzuma” stadionunda ayı peyda olub

Tokio-2020 Yay Olimpiya Oyunlarında kuryoz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, beysbol və softbol oyunlarını qəbul edəcək Fukusimadakı “Adzuma” stadionunda ayı peyda olub.
Çağırılmamış qonağı arenada görən mühafizəçisi dərhal polisi məlumatlandırıb. Eyni hadisə ardıcıl iki gün təkrarlanıb. Lakin boyu 1 metrdən yuxarı olan ayı hələ də tapılmayıb.
Qeyd edək ki, softbol yarışları Yaponiyanın Avstraliya üzərində 8:1 hesablı qələbəsi ilə başlayıb. Ardınca ABŞ İtaliyanı 2:0 hesabı ilə üstələyib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button