İqtisadiyyat

“Aeroflot” Türkiyəyə əlavə uçuşlara başlayır

Rusiyanın “Aeroflot” hava yolları şirkəti Moskvadan Türkiyəyə əlavə uçuşlara başlayır.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə aviaşirkətin rəsmi nümayəndəsi Mixail Demin bildirib. 
Onun sözlərinə görə, “Aeroflot” iyunun 25-dən etibarən Türkiyəyə əlavə uçuşlar açacaq. Gün ərzində İstanbula iki, Antalya, Bodrum və Dalamana gündə bir uçuş həyata keçiriləcək.
Hazırda aviaşirkət Moskva – İstanbul marşrutu ilə həftədə iki uçuş həyata keçirir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button