İdman

“AFFA-nın regionda futbolu inkişaf etdirəcəyinə güvənirik”

“Bakıda olmağımdan və AFFA-dakı yaxşı dostlarımla görüşməyimdən məmnun oldum”.
Apasport.az saytının məlumatına görə, bunu FİFA prezidenti Canni İnfantino deyib.
AVRO-2020-nin qrup mərhələsinin III turunda keçirilən İsveçrə – Türkiyə oyununu izləmək üçün Bakıya gələn İnfantino ali futbol qurumunun rəsmi saytına açıqlamasında Azərbaycanda futbolun inkişafına dair görülən işlərdən məmnunluğunu dilə gətirib: “Ölkədə və regionda futbolu inkişaf etdirəcəyi yönündə AFFA-ya güvənirik. Onlar da başa düşürlər ki, FİFA-ya ümid edə bilərlər”.
Qeyd edək ki, İsveçrə – Türkiyə oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button