İdman

AFFA “Qarabağ”a texniki qələbə verib

Azərbaycan çempionatının I divizionunda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, sonuncu – XXVII turun bir matçının nəticəsi ləğv edilib.
Bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib. Qurum “Qarabağ”ın ikinci komandasına 1:0 hesabı ilə qalib gələn “Qaradağ Lökbatan”a texniki məğlubiyyət verilməsini məqsədəuyğun sayıb.
XVII turun “Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” komandasının 15 nömrəli futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimələnir;
“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” komandası oyun protokolunu gecikdirdiyi üçün 80 manat cərimələnir;
“Qaradağ Lökbatan” klubu oyun protokolunda adı qeyd olunmayan futbolçunu meydançaya buraxdığı üçün “Qaradağ Lökbatan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimələnir;

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button