İdman

AFFA uşaqlara AVRO-2020-nin oyunlarına bilet hədiyyə edib

AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində növbəti addım atıb.
Apasport.az assosiasiyanın saytına istinadən xəbər verir ki, qurum AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, COVİD-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılıb. 
İyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda təqdim edilib. Biletlər AFFA-nın nümayəndəsi tərəfindən adı qeyd olunmuş qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə verilib.
Qeyd edək ki, təşəbbüsün hədəf kütləsi uşaqlardır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button