İdman

AFFA VAR layihəsi ilə bağlı tender elan edib

AFFA VAR layihəsinin tətbiqinə dair tender elan edib.
Apasport.az saytının məlumatına görə, tenderin müddəti 9 gündür.
Müraciətlər üçün son tarix iyulun 8-dir. Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması da nəzərə alınıb.
Bu üzdən tenderə qatılmaq istəyənlər elektron qaydada AFFA-ya müraciət etməlidir. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi” təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək. Tenderdə qatılmaq istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına göndərə bilərlər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button