Dünya

Ağ ev təsdiqlədi: Baydenlə Putin iyunun 16-da Cenevrədə görüşəcək

“Rəsmi Vaşinqton ABŞ prezidenti Cozef Baydenin Rusiya prezidenti Vladimir Putinlə iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçirəcəyi sammit üçün əvvəlcədən heç bir şərt irəli sürməyib”.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu mayın 26-da Ağ evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfrasında bildirib.
“İki liderin vaxtlarının çoxunu strateji sabitlik məsələsinə sərf edəcəklərini gözləyirik”, – o vurğulayıb.
Müxbirin “Baydenin Putinlə görüşməsi Putin üçün mükafat deyilmi” sualını cavablandıran sözçü keçmiş prezident Donald Trampın hakimiyyəti dövrünə işarə edərək deyib: “Ötən illərdə baş verənləri unuda bilərsiniz. Ancaq diplomatiya belə həyata keçirilir. İnsanlarla sadəcə həmfikir olanda görüşmürük. Rusiya lideri ilə bir çox anlaşılmazlığımız olduğundan görüş gerçəkdən əhəmiyyətlidir. Rusiya prezidenti ilə görüşü bir mükafat olaraq görmürük. Bu görüşü ABŞ-ın maraqlarının müdafiəsinin həyati bir parçası olaraq görürük”.
Qeyd edək ki, ötən gün ABŞ mətbuatında C.Baydenlə V.Putinin iyunun 15-16-da Cenevrədə görüşəcəyi barədə məlumatlar yayılmışdı.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button