Cəmiyyət

Ağcabədi sakinindən marixuana götürüldü | Report.az

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib.
Nəticədə narkotik vasitə olan marixuanın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button