Cəmiyyət

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, mayın 11-də Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button