Cəmiyyət

Ağdaşda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alan var – VİDEO – YENİLƏNİB

Video əlavə olunub
06.02
Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.
“Report” xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili sürücü, Bakı sakini, 1959-cu il təvəllüdlü Salmanov Ramiz İbrahim oğlunun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə təcili tibbi yardım və yol polisi cəlb edilib. Qəzada ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button