Cəmiyyət

Ağdaşda avtomobil aşdı, bir ailənin üç üzvü xəsarət aldı

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub.
“Report”un məlumatına görə, “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri – Biləsuvar rayon sakini, 1963-cü il təvəllüdlü Təranə Tofiq qızı İmanova, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Səxavət Əliş oğlu İmanov və oğlu, 1983-cü il təvəllüdlü Elməddin Səxavət oğlu İmanov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Avtomobildə olan digər 2 nəfər isə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button