Cəmiyyət

Ağdaşda güclü külək bir sıra fəsadlar törədib

Güclü külək Ağdaş rayonunda bir sıra fəsadlar törədib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, külək Heydər Əliyev prospektində bir neçə ağacı kökündən qoparıb
Bundan başqa, adıçəkilən prospektdə iri gövdəli ağac yol kənarında dayanan avtomobilin üzərinə aşaraq onu əzib. Güclü külək rayonda elektrik enerjisinin verilişində də problemlər yaradıb.
Hazırda rayonda küləyin vurduğu ziyanla bağlı araşdırma aparılır, yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button