Cəmiyyət

Agentlik: Əsassız təyin edilmiş əlillik dərəcələri dayandırılır

“Əsassız əlillik təyinatının aşkarlanması və ləğv edilməsi agentliyin qarşısında duran ən prioritet məsələlərdən biridir”.
“Report” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.
Onun sözlərinə görə, agentlik tərəfindən mütəmadi olaraq monitorinq və araşdırmalar, elcə də əyani müayinələr davam edir: “Son 3 ildə 17 mindən çox əsassız əlillik təyinatı aşkarlanaraq ləğv edilib. Araşdırmalar həm sənəd üzərində, həm də əlillik təyinatı aparılmış şəxs haqqında müxtəlif dövlət strukturlarından daxil olan məlumatlar, həm də əyani müayinələr əsasında aparılır. Əsassız təyin edilmiş əlillik dərəcələri dayandırılır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button