Cəmiyyət

Ağstafada 62 yaşlı qadını qətlə yetirən qohumu həbs edilib – RƏSMİ

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
“Report”un xəbərinə görə, birgə məlumatda deyilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Bildirilib ki, mayın 15-də saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, mərhumun qohumu, 1987-ci il təvəllüdlü Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Çiçək Ələkbərovanı qəsdən öldürüb.
Tural Məmmədov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button