Cəmiyyət

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Saloğlu yolunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button