Cəmiyyət

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var 

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon Dağkəsəmən kənd ərazisində 2 avtomobilin toqquşması nəticəsində, Qazax rayon sakini, 1996-cı il təvəllüdlü Elfaq Çoban və Ağstafa rayon sakini, 1980-cı il təvəllüdlü Mollayeva İlhamə İsmayıl qızı xəsarət alıb.
Qadının aldığı xəsarət daha ciddidir. Hər iki şəxs Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button