Cəmiyyət

Ağsuda avtomobil dərəyə aşdı, sürücü ağır yaralandı

Ağsuda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Ağsu rayonunda qeydə alınıb. 1978-ci il təvəllüdlü Nuriyev Süleyman Telman oğlu avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb. Hadisə zamanı sürücü ağır xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button