Cəmiyyət

Ağsuda taxıl sahəsində baş verən yanğın söndürülüb – YENİLƏNİB

Ağsunun Musabəyli kəndində də taxıl sahəsində baş verən yanğın söndürülüb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
17:55
Ağsuda taxıl sahəsində yanğın başlayıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Musabəyli və Qəşəd kəndlərində qeydə alınıb.
Belə ki, rayonun Musabəyli kəndində təqribən yeddi hektar ərazidə biçilməmiş taxıl sahəsində yanğın baş verib.
Hadisə yerinə Kürdəmir və Ağsu Rayon Dövlət yanğından Mühafizə İdarələrinin 5 yanğın söndürən maşınları və canlı qüvvələri cəlb olunub. Musabəyli kəndində hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Qəşəd kəndində isə yanğın yerli sakinlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button