Dünya

Aİ dünya əhalisinin 30 faizinin ilin sonuna qədər aşılanacağına ümid edir

Avropa İttifaqı (Aİ) və Yaponiya ümid edirlər ki, ilin sonunadək dünya əhalisinin 30 faizi koronavirusa qarşı vaksinasiya ediləcək.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Aİ-Yaponiya sammitindən sonra təşkil olunmuş mətbuat konfransında bildirib.
Ş.Mişel Aİ və Yaponiya üçün birinci prioritetin pandemiyanı məğlub etmək olduğunu vurğulayıb.
Qeyd edək ki, Aİ-Yaponiya sammiti bu gün videokonfrans formatında keçirilib. Aİ-ni Avropa İttifaqı Şurası və Avropa Komissiyası prezidentləri Şarl Mişel və Ursula fon der Lyayen, Yaponiyanı isə baş nazir Yoşihide Suqa təmsil ediblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button