Dünya

Aİ ilə İsveçrə bir-birinin peyvəndləmə sertifikatlarını tanıyıb

Avropa İttifaqı ilə İsveçrə bir-birinin koronavirusa qarşı peyvəndləmə sertifikatlarını qarşılıqlı olaraq tanıdıqlarını açıqlayıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası sözçüsü Kristian Viqand brifinqdə bildirib:
“Avropa İttifaqı və İsveçrə rəqəmsal COVID-19 sertifikatlarının bərabər qüvvəyə malik olmasına dair razılığa gəliblər. İsveçrə Aİ-nin rəqəmsal yaşıl sertifikatını tanıyan ilk qeyri-Aİ ölkəsi oldu. Beləliklə, sabahdan (iyulun 9-dan) İsveçrədə verilən sertifikatlar Aİ məkanında qüvvədə olacaq, Aİ vətəndaşları da öz sənədlərini İsveçrədə təqdim edə biləcəklər”.
Xatırladaq ki, Aİ-nin rəqəmsal yaşıl sertifikatında sahibinin peyvəndlənməsi, COVID-19-a yoluxması halları, son 72 saat ərzində keçdiyi PCR testinin nəticəsinə dair məlumatlar yer alır. Həmin sertifikatın sahibləri Aİ daxili sərhədlərini keçərkən karantin tədbirlərindən azad olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button