Dünya

Aİ rəsmisi: “Xəzəri Aralın taleyi gözləyir”

“Əgər su ehtiyatları qorunmazsa, Xəzər dənizi Aral dənizinin ekoloji fəlakətini təkrarlaya bilər”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Burian mayın 25-də jurnalistlərə bildirib.
“Əvvəllər sudan praktik istifadə Aral dənizinin ciddi fəlakəti ilə nəticələndi. İndi hələlik heç kim bu barədə danışmır. Ancaq alimlər problemlə ciddi məşğul olmazsa, Xəzər dənizinin oxşar fəlakəti yaşayacağını proqnozlaşdırırlar”, – o deyib.
O vurğulayıb ki, Xəzərin su ehtiyatlarından istifadə ilə bağlı əməkdaşlıq hazırda çox vacibdir: “Bunun üçün maraqlı tərəflər, ölkələr Xəzərin su ehtiyatlarından ədalətli istifadə edilməsi məsələsini razılaşdırmalıdırlar”.
Qeyd edək ki, Qazaxıstan və Özbəkistan sərhədində yerləşən Aral dənizi sahəsinə görə 1960-cı ilədək dünyanın 4 böyük göllərindən biri sayılırdı. Son 55 ildə dənizin sahəsi praktik olaraq üç dəfə azalıb, suyun səviyyəsi 29 metrədək aşağı düşərək ümumi həcmi 15 dəfə azalıb. Araldan balıqlar yoxa çıxıb, şoranlaşma artıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button