Dünya

Aİ “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq planı hazırlayıb

Avropa İttifaqı (Aİ) “Şərq tərəfdaşlığı” ölkələri ilə gələcək əməkdaşlıq üzrə plan hazırlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında bildirilib.
Sənədə 2,3 milyard avro həcmində investisiya paketi daxildir.
Plan ticarətin və iş yerlərinin artırılması, əlaqələrin, demokratik institutların və qanunun aliliyinin gücləndirilməsi, yaşıl və rəqəmsal texnologiyaların dəstəklənməsi, ədalətli, gender bərabərliyi olan və inklüziv cəmiyyətlərin təşviqini nəzərdə tutur.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib ki, “Şərq tərəfdaşlığı” ittifaqın gündəliyində qalır: “İşimizin əsasında müsbət və konkret nəticələrin əldə edilməsi üçün çox vacib olan demokratiya, yaxşı idarəetmə və qanunun aliliyinin təşviqi olacaq”.
Əməkdaşlıq üzrə təkliflər bu ilin dekabrında keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində müzakirə olunacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button