Dünya

Aİ-yə vətəndaşlarının girişinə icazə verilən ölkələrin sayı artırıldı

Avropa İttifaqı üzv ölkələrinə koronavirusla bağlı epidemioloji vəziyyət yaxşılaşdığı üçün vətəndaşlarının girişinə icazə verilməsi tövsiyə olunan ölkələr siyahısına Yaponiya da əlavə olunub.
“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının açıqlamasında bildirilir. Siyahıda Avstraliya, Cənubi Koreya, Çin, İsrail, Ruanda, Sinqapur, Tailand, Yeni Zelandiya yer alır. Bu ölkələr qarşılıqlı olaraq sərhədlərini Aİ vətəndaşlarının üzünə açmalıdır.
Sözügedən siyahı tərtib edilərkən rəhbər tutulan meyarlar arasında cari epidemioloji vəziyyət, o cümlədən son 14 gün ərzində yeni yoluxmaların sayı, koronavirusun yayılmasına qarşı görülən tədbirlər, habelə iqtisadi və sosial mülahizələr də var.
Qeyd edək ki, həmin siyahı məcburi yox, sırf tövsiyə xarakteri daşıyır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button