İqtisadiyyat

AİB Azərbaycanda qida və içki istehsalçısına kredit ayıracaq

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda üçüncü ən böyük qida və içki istehsalçısı və distribyutoru olan “Avrora” MMC-yə 5,9 milyon dollar məbləğində üç illik kredit verməyə hazırdır.

“Report” AİB-ə istinadən xəbər verir ki, kredit “Avrora” MMC-nin buğda unu, makaron məmulatları, peçenye və süd məhsulları kimi əsas qida məhsullarının istehsalı və tədarükü üçün lazım olan dövriyyə kapitalının maliyyələşdirilməsinə xərclənəcək.

Şirkət bu vəsaitdən həmçinin COVID-19 pandemiyasının təsirini aradan qaldırmaq üçün lazım olan əlavə əməliyyat xərcləri (OPEX) üçün də istifadə edə bilər.

“Bu kredit COVID-19 böhranı dövründə vacib olan əsas qida məhsullarının daxili bazar üçün istehsalını və tədarükünü təmin edəcək. İstehsal davam etdikcə, “Avrora” hazırki böyük çətinlik və qeyri-müəyyənlik dövründə öz işçi qüvvəsini və bütün tədarük zənciri boyunca işçi qüvvəsini qoruyub saxlaya biləcək. Bu, son nəticədə əhali üçün faydalı olacaq, çünki bazarda əsas ərzaq məhsullarının tədarükü təmin ediləcək”, – bankın açıqlamasında bildirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button