İqtisadiyyat

AİİB Azərbaycana 100 mln. dollarlıq kreditin ayrılmasını təsdiqləyib

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) CARES Proqramı ilə birlikdə Azərbaycan hökumətinin pandemiyaya reaksiyasını dəstəkləmək üçün 100 mln. ABŞ dolları həcmində birgə maliyyələşdirmə kreditinin ayrılmasını təsdiqləyib.
“APA-Economics”in AİİB-ə istinadən verdiyi məlumata görə, kredit artıq 15 iyul tarixində təsdiqlənib, lakin ictimaiyyətə bu həftə açıqlanıb.
Qeyd edək ki, iyulun əvvəlində Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 mln. dollar həcmində kredit xətti təsdiqləmişdi, sözügedən layihənin 100 mln. dollarlıq hissəsi AİİB tərəfindən artıq təsdiqlənib.
Məbləğin qalan 150 mln. dollarlıq hissəsi isə AİB-in Kontrtsiklik Dəstək Müəssisəsi nəzdində COVID-19 pandemiya cavab seçimi (CPRO) vasitəsi ilə maliyyələşdiriləcək. CPRO inkişaf etməkdə olan üzv ölkələrin pandemiyaya cavabı üçün AİB-in 20 mlrd. dollarlıq genişləndirilmiş yardımının bir hissəsi olaraq yaradılıb.
Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button