İqtisadiyyat

“Airbus” 2035-ci ilədək hidrogen təyyarəsinin buraxacağını təsdiqləyib

“Airbus” aviakonserni 2035-ci ilə qədər hidrogen təyyarəsi (“ZEROe”) istehsal etmək planını təsdiqləyib.
“APA-Economics”in məlumatına görə, bu barədə “La Tribune” xəbər verir.
Məlumata görə, adətən, Avropalı istehsalçının ardınca bütün aviasiya sənayesi hazır vəziyyətə gəlir. Lakin ən müasir təyyarə istehsal olunanadək, istehsalçılar hava trafikinin ətraf mühitə təsirini azaltmaq üçün digər metodlardan istifadə edir. Məsələn, daha az yanacaq sərf edən mühərriklər hazırlayır və onların digər alternativ növlərini tətbiq edir.
Xatırladaq ki, ötən ilin sentyabr ayında korporasiya sözügedən təyyarələrin konseptini ictimaiyyətə təqdim edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button