Dünya

AK koronavirusa qarşı peyvəndin əvvəlcədən sifarişinə 2,9 milyard avro xərcləyib

Avropa Komissiyası (AK) ilk dəfə 2020-ci ildə altı Qərb şirkətindən koronavirus peyvəndlərinin əvvəlcədən sifariş edilməsinə xərclənən vəsaitin məbləğini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AK nümayəndəsi Stefan De Keersmaker Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Avropa Komissiyası 2020-ci ildə peyvənd portfelimizin əvvəlcədən sifariş edilməsi üçün müqavilələrə 2,9 milyard avro xərcləyib”, – o deyib.
Qeyd edək ki, AK Aİ ölkələri üçün altı Qərb şirkətinin peyvəndindən ibarət portfel yaradıb və 2020-ci ilin payızında, yəni sınaqlar başa çatmamış, eləcə də bütün bu peyvəndlər bazara çıxarılmamış onların əvvəlcədən sifariş edilməsi üçün müqavilələr imzalayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button