Dünya

AK “Moderna”dan daha 150 milyon doza peyvənd tədarük edəcək

Avropa Komissiyası (AK) “Moderna” şirkəti ilə əlavə 150 ​​milyon doza koronavirus peyvəndi tədarük etməklə bağlı müqavilə imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Lyayen bildirib.
“Bu gün 150 milyon əlavə doza “Moderna” peyvəndi alınmasını təmin etdik”, – o, tvitter hesabında yazıb.
Öz növbəsində, AK nümayəndəsi Stefan De Keersmaker Brüsseldə keçirdiyi brifinqdə söhbətin “Moderna” ilə müqaviləyə əlavədən getdiyinə aydınlıq gətirib. Vaksinlər 2021-ci ilin 3-cü rübündən etibarən tədarük oluna bilər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button