Dünya

AKP yeni Konstitusiya layihəsi üzərində işləri başa vurub

Türkiyənin iqtidar partiyası olan AKP (Ədalət və İnkişaf Partiyası), həmçinin “cumhur ittifaqı”ndakı ortağı MHP (Milliyyətçi Hərəkat Partiyası) yeni Konstitusiya layihəsi üzərindəki çalışmalarını başa vurub.
“Report” xəbər verir ki, bu barədə AKP sədri və ölkə prezidenti Rəcəb Tayib Ərdoğan AKP genişləndirilmiş vilayət bölmələri sədrlərinin iclasındakı nitqində bildirib.
Dövlət başçısı müxtəlif partiyaların hazırlayacaqları layihələri təhlil edərək ilin sonunadək ortaq bir variant hazırlayıb parlamentə təqdim etməyi düşündüklərini də dilə gətirib.
“Məqsədimiz Məclisdəki bütün partiyaların yeni və sivil Konstitusiya çalışmalarına qurucu, səmərəli, səmimi dəstək vermələridir” – deyən prezident Ərdoğan keçmişdə çevriliş yolu ilə iqtidara gəlmək təcrübəsinin yaranması nəticəsində ölkədə demokratik ənənələrə böyük ziyan vurulduğunu, ölkənin iqtisadi cəhətdən gerilədiyini, bunlara son qoymaq üçün yeni Konstitusiya qəbul etməyin vacib olduğunu vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button