Dünya

Albaniya prezidentinə etimadsızlıq göstərildi |

Bu gün Albaniya parlamenti fövqəladə iclasında prezident İlir Metaya qanun pozuntuları iddialarına görə etimadsızlıq göstərib.
“Report” “Euronews”-a istinadən xəbər verir ki, 140 millət vəkilinin üçdə ikisinin səsilə verilən bu qərar ölkə başçısının 25 aprel seçkiləri zamanı Konstitusiyanın 16 maddəsini pozmasına dair xüsusi təhqiqat komitəsinin hesabatından sonra verilib. Bu məsələ qarşıdakı üç ay ərzində Konstitusiya Məhkəməsinə çıxarılmalıdır.
Ölkə başçısına qarşı son seçkilər zamanı müxalifəti dəstəkləməklə ölkənin milli birliyinə zəmanət vermək öhdəliyinə xələl gətirmək ittihamı irəli sürülüb. Seçkilərdən sonra parlamentdə 74 yer qazanan Sosialist Partiyasından 50 millət vəkili prezident barəsində Konstitusiyanı pozduğuna görə impiçment tələbilə təhqiqat komitəsi yaratmaq barədə müraciət ediblər.
Qeyd edək ki, İ.Metanın səlahiyyətləri gələn il başa çatır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button