Dünya

Aleksey Navalnı xəstəxanaya köçürülüb

Aleksey Navalnı xəstəxanaya aparılıb.

APA-nın “Moscow Times”ə istinadən verdiyi xəbərə görə, bu barədə Navalnının saxlanıldığı həbsxana koloniyasına nəzarət edən Vladimir Vilayət Həbsxana Xidməti açıqlama yayıb.

“Həkimlərdən ibarət komissiya A. Navalnının məhkumlar üçün regional xəstəxanaya köçürülməsinə qərar verib. Navalnının sağlıq durumu qənaətbəxş kimi qiymətləndirilir və gündəlik olaraq həkimlər tərəfindən müayinə edilir. Xəstəyə razılığı ilə vitamin müalicəsi təyin edilib”, – deyə açıqlamada qeyd olunur.

Navalnının təsisçisi olduğu Korrupsiyaya Qarşı Mübarizə Fonduna rəhbərlik edən İvan Jdanov isə bildirib ki, həbsxana rəhbərliyinin Navalnının vəziyyətinin qənaətbəxş olması barədə açıqlaması onu dəstəkləyənləri aprelin 21-ə təyin olunmuş ümummilli etiraz aksiyasında iştirak etməkdən çəkindirmək məqsədi daşıyır.

Qeyd edək ki, A. Navalnının həkimləri onda hər an ürək tutması ola biləcəyi barədə xəbərdarlıq ediblər. A. Navalnı xaricdən tibbi heyətin gələrək onun müayinə etməsinə icazə verilməsi üçün martın 31-də aclıq aksiyasına bağlayıb və bundan sonra onun səhhəti sürətlə pisləşib.

ABŞ Prezidenti Co Bayden də daxil olmaqla bir çox ölkəmin dövlət və hökumət başçıları A. Navalnının vəziyyətindən narahat olduqlarını bildiriblər. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri  deyib ki, A. Navalnı öləcəyi halda bunu Rusiya üçün “nəticələri” olacaq.

Dünyanın 70-dən çox görkəmli yazıçısı, sənətçisi və akademiki A.Navalnının müayinə və müalicəsinin təmin olunması barədə çağırış edib.

Bu gün isə Avropa İttifaqının xarici işlər nazirləri A. Navalnının vəziyyətini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, bloger A. Navalnı ötən il avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib, təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb. Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunub. Müalicə bitdikdən sonra Rusiyaya qayıdan A. Navalnı hava limanında həbs edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button