Cəmiyyət

Ali Məhkəmə ittihamlara cavab verib

Azərbaycan Ali Məhkəməsi Aparatının rəhbəri Elvin Hətəmzadə songünlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü hüququnun olduğu halda bundan istifadə etməməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
E.Hətəmzadə “Report”a bildirib ki, Ali Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinin formalaşdırılmasında Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə və ya hüquqi aktların hazırlanması prosesində rəy və təkliflər bildirməklə birbaşa çıxış edir:
“Belə ki, Ali Məhkəmə bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədiləmüvafiq layihələri hazırlayıb Milli Məclisə təqdim edib və bu layihələr qanunvericilikorqan tərəfindən qəbul edilib.
Həmçinin qeyd etmək lazımdır ki, Ali Məhkəmə Azərbaycan Respublikası Prezidentininfərman və sərəncamlarının icrası prosesində hüquqi aktların layihələrinin hazırlanmasızamanı rəy və təkliflər bildirməklə fəal iştirak edib. Belə ki, son iki il ərzində dövlətorqanlarından Ali Məhkəməyə ünvanlanmış 300-dən çox hüquqi akt layihəsinə AliMəhkəmə tərəfindən rəy və təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdimedilib.
Bundan əlavə, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini vənormativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasınıtəmin etmək məqsədilə qanunvericilikdə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsiniformalaşdırmaq vəzifəsinin icra olunması mexanizmləri təsbit edilir. Bu baxımdan, AliMəhkəmənin qəbul etdiyi qərarlar qanunların vahid formada tətbiqində vəqanunvericiliyin inkişafında mühüm rol oynayır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button