CəmiyyətManşet

Ali təhsilin səviyyəsi iqtisadi inkişafın göstəricilərinə adekvat olur – təhlil

Osmanlı Türkiyəsində cəmi 6 universitet fəaliyyət göstərib. Cumhuriyyətin ilk 60 ilində (1923-1983) yalnız 21 universitet yaradılıb.  Təbii ki, ərazisinə və əhalisinin sayına görə nəhəng Türkiyə üçün bu aşağı göstərici idi. Ancaq həmin dövrün sosial-iqtisadi mühitinə tam adekvat göstərici sayıla bilər.  Mütəmadi dövlət çevrilişlərinin baş verdiyi, aqrar Türkiyədə ali təhsilə təlabat çox aşağı səviyyədə idi.

1983-cü ildə Turqut Ozalın hakimiyətə gəlişi Türkiyənin sosial və iqtisadi siması dəyişməyə başladı. Rəqabətə davamlı biznes mühiti yaradıldı, liberal islahatlar həyata keçirildi. Qısası, aqrar Türkiyədə sənayeləşmə başladı. Və təbii ki, ali təhsilə təlabat da artdı. Çünki müəssisələrdə ixtisaslı kadrrlara ehtiyac yarandı. Təkcə Turqut Özalın hakimyyətdə olduğu 9 ildə (1983-1992-ci illərdə) Türkiyədə 25 yeni universitet yaradıldı. Turqut Özalın sənayeləşmə kursunu (rəqabətə davamlı biznes mühitinnin saxlanılması, xarici və yerli investisiyaların təhlükəsizliyinə təminat, özəl sektorun dəstəklənməsi və s.) sonrakı hakimiyyətlərdə davam etdirdi və universitetlərin (həm dövlət, həm də özəl) sayı sürətlə artmağa başladı.  Son 29 ildə Türkiyədə 154 universitet yaradılıb ki, bunun da 50-yə yaxını yaxın 10 ildə fəaliyyətə başlayıb.

Azərbaycanda müstəqillik dövründə cəmi bir neçə universitet yaranıb. 1-2-i çıxsaq sovet dövrünün texnikumları səviyyəsində də deyillər. Yalnız bəzi diplom xəstələrinin ehtiyaclarını ödəmək və tələbələrlə alver etmək üçün fəaliyyət göstərirlər. Monopoliya mühitində onların diplomları heç kimə gərək deyil və belə getsə olmayacaq da. Hətta dövlət sifarişi ilə dövlət universitetlərində təhsil alan məzunların da böyük qismi iş tapa bilmir – monopolistə yaxşı kadr lazım deyil, oğlu və yacısı oğlu işin öhdəsindən gələ bilər. Bazarda rəqib yox, rəqabət yox.

Təhlil göstərir ki, yalnız rəqabətə davamlı biznes mühiti və güclü özəl sektorun formalaşdığı şəraitdə ali təhsilə real təlabat yaranır və təlabata uyğun olaraq da universitetlər təsis edilir, keyfiyyətli tədris tətbiq edilir. Azərbaycanda hələ də monopoliya mühitinin və güclü dövlət sektorunun olması inkişafın qarşısını kəsir. Ona görə də təhsili dirçəltmək üçün bir neçə strateji dövlət müəssisəsi istisna olmaqla qalanları özəlləşdirməyə çıxarılmalı və rəqabətə davaml biznes mühiti təmin edilməlidir. Yoxsa kosmetik dəyişikliklər nəinki vəziyyəti yaxşılaşdırmayacaq, əksinə, daha da pisləşdirəcək.

Yeri gəlmişkən, rəqabətə davamlı biznes mühiti təkcə təhsilin simasını dəyişmir, bütün sferalara müsbət təsir edir. Məsələn, 80-ci illərin əvvəllərində Türkiyənin məşhur “Qalatasaray” klubu ortabab bir komanda idi, hətta bizim “Neftçi”dən də zəif idi. Turqut Ozal islahatlarından sonra futbolda da rəqabət yarandı – futbola böyük yatırımlar qoyuldu (stadionlar, futbol məktəbləri tikildi və s.) Nəticədə “Qalatasaray” UEFA kubokunu qazandı və Avropa səviyyəli kluba çevrildi – vəziyyəti dəyişmək üçün ilk növbədə biznes mühitini dəyişmək lazımdır.

Qadir İBRAHİMLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button