Dünya

Almaniya əhalisinin üçdə biri tam peyvənd olunub

Almaniyada əhalinin üçdə birindən çoxu koronavirusa qarşı tam peyvənd olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Yens Spahn mətbuat konfransında bildirib.
O deyib ki, bu günədək Almaniyada koronavirusa qarşı 70,5 milyondan artıq iynə vurulub: “44 milyon vətəndaşa, yəni 52,9 faizə ən azı bir doza dərman vurulub, 28,3 milyon isə, yəni hər üç nəfərdən birindən çoxu tam qoruma əldə edib”.
Nazir hazırda “Delta” variantının yayıldığı bir vaxtda ikinci dərman vurdurmağın daha mühüm olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Almaniyada koronavirusa qarşı peyvəndləmə dekabr ayının sonunda başlayıb. Ölkədə “Pfizer” – “BioNTech”, “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” istehsalı dərmanlardan istifadə olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button