Dünya

Almaniya daşqının nəticələrinin aradan qaldırılması üçün vəsait ayıracaq

Almaniya hökuməti dağıdıcı daşqının nəticələrinin aradan qaldırılması üçün təcili yardım qismində 200 milyon avro ayırmağa qərar verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Olaf Şolts bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Təcili yardım olunacaq. Bu baxımdan indi təxminən 400 milyon avroya ehtiyacımız var, hökumət 200 milyon avro təklif edib. Məbləğin həcmini əvvəlki bənzər təbii fəlakətlərdə ayrılan həcm ilə müəyyənləşdirmişik. Amma çox vəsait lazım gələrsə, daha çoxunu verəcəyik”, – nazir deyib.
Hazırkı anda ehtiyac duyulan 400 milyon avronun yerdə qalan 200 milyonu isə federal torpaqlar tərəfindən təmin ediləcək.
Səlahiyyətlilər təcili yardımla yanaşı, dağılmış infrastrukturun bərpası üçün fond yaratmağı planlaşdırırlar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button