Siyasət

Almaniya Prezidenti: ” 29 il ərzində münasibətlərimizi daima genişləndirmiş və inkişaf etdirmişik”

Respublika günü ilə əlaqədar Almaniya Federativ Republikasının Prezidenti  Frank Valter Ştaynmayer Azərbaycan  Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İstiqlal az. xəbər verir ki, məktubda deyilir:

Zati-aliləri cənab Prezident.

28  May Respublika  Günü  münasibətilə  Sizə  və  Azərbaycan  xalqınahəm öz  adımdan  həm də həmvətənlərim adından səmimi təbriklərimi yetrirəm. Biz  son  29  il ərzində ölkələrimizin hökumətləri  və  xalqları  arasında  münasibətlərimizi daima genişləndirmiş və  inkişaf  etdirmişik.  Ümid  edirəm ki, biz qarşılıqlı  anlaşma  və etimadı daha  da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin, dünyada COVID-19 pandemiyası əleyhinə mübarizədə birgə səylərmiz birləşdirir. Ötən ilin hərbi qarşıdurmalarından sonra  Dağlıq  Qarabağ bölgəsindəki münaqişənin dayanıqlı həllinə doğru siyasi və diplomatik irəliləyişlərin olacağına ümid edirəm. Əmin ola  bilərsiniz  ki,  Almaniya  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatının  Minsk  Qrupunun üzvü olaraq buna nail olmaq üçün əlindən gələni əsirgəmiyəcək. Ümid edirəm ki, imkan  yaranan kimi, yenidən ölkəniz ilə hərtərəfli münasibətlər şəxsi görüşlərvə səfərlər şəklində öz əksini tapa biləcək. Ölkənizin vətəndaşlarına sülh və azadlıq içində gələcək və şəxsən Sizə xoş arzularımı diləyirəm.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button