Dünya

Almaniyada atışma olub, ölən və yaralanan var – YENİLƏNİB

Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya Federal Torpağının Espelkamp şəhərində naməlum şəxsin açdığı atəş nəticəsində iki nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.
“WDR” teleradio şirkəti isə polis idarəsinə istinadən bildirib ki, ölənlərdən biri kişi, o biri qadındır.
Atəş açan şəxs hadisə yerindən qaçaraq gizlənib. Polis onun tutulması ilə bağlı əməliyyat-axtarış tədbiri keçirir.
15:29
Almaniyanın qərbində yerləşən Espelkamp şəhərində naməlum şəxsin açdığı atəş nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.
Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. Onun terrorçuluqla bağlı olub-olmaması barədə bildirilməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button