Dünya

Almaniyada güclü yağış sel və daşqınlara səbəb olub

Bir neçə gündür aramsız yağan yağışlar Almaniyada sel və daşqınlara səbəb olub.
“Report”un Avropa bürosunun məlumatına görə, hazırda acınacaqlı durum Bavariya, Saksoniya və Şimali Reyn Vestfaliya əyalətində müşahidə edilir.
Sözügedən əyalətlərdə on minlərlə evi su basıb, əhalinin ərazidən evakuasiyası çətinləşib. Bəzi şəhərlər fəlakət bölgəsi elan edilib. Xilasetmə işlərinə helikopterlər cəlb edilib.
Şiddətli yağışlar yanğınsöndürmə və təcili yardım avtomobillərinin hərəkətini çətinləşdirib. Saksoniyada bir nəfər itkin düşüb. Onun axtarışına yerli yanğınsöndürmə briqadası ilə bərabər Qızıl Xaç Cəmiyyətinin xilasediciləri də qoşulub.
Güclü yağış bir çox şəhərdə nəqliyyatın hərəkətini iflic edib. Xüsusilə Reyn çayının Şimali Reyn Vestfaliya əyalətindən keçən hissəsində, sahilboyunca yerləşən avtomobil və dərmir yolları sular altında qalıb.
Şiddətli yağışların bazar gününə qədər davam edəcəyi proqnozlaşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button