Dünya

Almaniyada hava limanında bıçaqlı hücum olub, bir nəfər yaralanıb

Almaniyanın Düsseldorf şəhərinin hava limanında əli bıçaqlı şəxsin insanlara hücumu nəticəsində bir nəfər yaralanıb.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal polisi bildirib.
Məlumata görə, hadisə hava limanının avtomobil dayanacağında baş verib.
Bıçaqla hücum edən şəxs hadisə yerindən qaçıb. Onun tutulması ilə bağlı axtarış-əməliyyat tədbiri keçirilir.
Yaralı hospitala yerləşdirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button