Dünya

Almaniyada sel qurbanlarının sayı 93-ə yüksəlib – YENİLƏNİB

Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 93 nəfərə yüksəlib.
“Report” xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.
Reynland-Pfals torpağının Baş naziri Malu Drayerin sözlərinə görə, fəlakətin miqyasının hələ dəyərləndirmək tez olduğunu söyləyib.
Bildirilib ki, xəsarət alanların axtarışı üçün bundesver 900-ə yaxın hərbçi göndərib.
10:06
Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 80 nəfərə yüksəlib.
“Report” xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.
Koblens şəhər Polis İdarəsinin nümayəndəsi Reyland-Pfals Federal torpağında 50 nəfərin, Şimali reyn-Bestfalidə isə 30 nəfərin öldüyünü bildirib.
Məlumata görə, 1 300-ə yaxın sakin itkin düşüb.
Bir müddət əvvəl 58 nəfərin təbii fəlakətin qurbanı olduğu barədə məlumatı yayılmışdı.
Almaniya kansleri Angela Merkel zərərçəkənlərə maddi yardım ediləcəyini bildirib.
Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button