Dünya

Almaniyada sığınacaq axtaranlar məhkəmə binasına hücum ediblər – VİDEO

Almaniyada bir qrup sığınacaq axtaran deportasiya qərarlarına etiraz olaraq məhkəmə binasına hücum ediblər.
“Report”un Avropa bürosunun məlumatına görə, hadisə səhər saatlarında Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində qeydə alınıb.
Bonn şəhər Polis Mərkəzindən verilən məlumata görə, bir qrup şəxs məhkəmə binası qarşısına gələrək “Stop deportasiya!” sözünü yazıblar. Daha sonra onlar əllərindəki müxtəlif rəngli boyaları məhkəmə binasına ataraq ərazidən uzaqlaşıblar.
Hadisə yerinə polis əməkdaşları gəlib, qaçan şəxslərin axtarışlarına başlanılıb.
Qeyd edək ki, ötən ay Bonn Federal İdarə Məhkəməsində qaçqın statusu üçün baxılan işlərin 80%-də Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin rədd cavabı qüvvədə saxlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button