Dünya

Almaniyadan sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı artıb

Ermənistan vətəndaşları ölkələrini kütləvi şəkildə tərk edirlər.
“Report”un Avropa bürosunun məlumatına görə, son 3 ayda Almaniyaya gələrək, sığınacaq istəyən Ermənistan Respublikasının vətəndaşlarının sayı artıb.
Aprel, may, iyun aylarında ümumilikdə 470 Ermənistan vətəndaşı Almaniya Federativ Respublikasına qaçqın statusu üçün müraciət edib. Onların sığınacaq tələblərinə əsas isə, İkinci Qarabağ müharibəsindən sonra ölkələrindəki vəziyyət olub.
Məlumat üçün bildirək ki, 2021-ci ilin iyun ayında Almaniyanın miqrasiya idarələrinə ümumilikdə 10 282 ilkin sığınacaq müraciəti daxil olub. Onlardan yalnız 2 565 nəfərə Cenevrə Konvensiyasna əsasən qaçqın statusu verilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button