Gündəm

Almaniyanın nüfuzli beyin mərkəzi Qarabağın azad edilməsini təhlil edib – Bu situasiyada almanlara  Azərbaycanla döyüşmək çox çətin olardı…

Almaniya ordusu pilotsuz döyüş təyyarələrinin potensial hücumuna qarşı özünü müdafiə etmək üçün lazımi səviyyədə təchiz edilməyib.  Almaniya Müdafiə İnstitutu Dağlıq Qarabağdakı pilotsuz təyyarələrin rolunu təhlil etdikdən sonra bu qənatə gəlib.

Qurumun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi, polkovnik-leytenant Michael Karl deyir ki, bu sitasiyada almanlara  Azərbaycanla döyüşmək çox çətin olardı: “Döyüş dronları və kamikaze pilotsuz təyyarələri kimi istifadə olunan silah sistemləri ilə biz özümüzü yetərincə qoruya bilməzdik. Keçən il Azərbaycan, Türkiyə və İsrailin istehsal etdiyi pilotsuz təyyarələr sayəsində mübahisəli Dağlıq Qarabağ ərazilərinin bir hissəsini geri aldı. Azərbaycan Ermənistanla olan qarşıdurmasında Türkiyənin “Bayraktar TB-2” və İsrailin “Hermes 900″ ündən istifadə etdi, bu da Bakıya hava üstünlüyü qazandırdı”.

Almaniyanın nüfuzlu beyin mərkəzinin təhlili obyektivdir və neytral, qərəzsiz yanaşmadır. Təbii ki, Ermənistan və müttəfiqləri bunu proqnozlaşdıra bilsəydi, müharibəyə getməz və torpaqları danışıqlar yoluyla azad edərdi. Ancaq proqnozlaşdıra bilmədi. Necə ki, Almaniyanın nüfuzli beyin mərkəzi üçün də nəticələr gözlənilməz olub. Avropanın ən inkişaf etmiş 3 ölkəsindən biri olan Almaniyanın beyin mərkəzi üçün gözlənilməz olan bu nəticəni aqrar Ermənistan rəhbərliyi heç cür proqnozlaşdıra bilməzdi.

Azərbaycan prezidenti İlham Əliyev hələ müharibənin gedişində bildirmişdi ki, ermənilər bizi Ağdamda gözləyirdi, “biz isə fərqli taktika seçdik”. Yəni Ermənistan 90-cı illərin təcrübəsinə istinad edirdi. Azərbaycan isə yeni strategiya seçdi – rayonların bir-bir yox, yüksəkliklərin azad edilməsi. Düzgün strategiya idi – yüksəkliklər azad edildikdən sonra ermənilər Kəlbəcər, Ağdam və Laçını könüllü boşaltmağa məcbur oldu.

Yeri gəlmişkən, Azərbaycan ordusunun Ağdamdan hücuma keçəcəyinə ümid edən ermənilər bu səbəbdən də Ağdamı tam minalamışdılar. Bu variantda Azərbaycan ordusunun itkiləri qat-qat çox olacaqdı. Bu baxımdan Azərbaycanın seçimi rasionl idi və az itki ilə 9 rayon işğaldan azad oldu.  Almaniyanın beyin mərkəzi də məsələyə həm də bu rakursdan yanaşıb.

Qadir İBRAHİMLİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button