Dünya

Almaniyanın qərbində hərbi rejim elan edilib

Almaniyanın qərbində selə görə hərbi fəlakət rejimi elan edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi iyulun 16-da Berlində keçirdiyi brifinqdə məlumat verib.
Bildirilib ki, müdafiə naziri Anneqret Kramp-Karrenbauer uyğun qərar qəbul edib.
Məlumata görə, bu rejim tətbiq edilən bölgələrə lazım olan yardımla bağlı əmri yerlərdəki komandirlər verəcəklər.
Bundesver təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bölgəyə 850 hərbçi yollayıb.
Qeyd edək ki, Almaniyada sel nəticəsində ölənlərin sayı 100 nəfəri keçib, 1 300 nəfər isə itkin düşmüş sayılır.
Xatırladaq ki, daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button